Yunanıstan Azərbaycandan neft idxalını dayandırıb
12 Noyabr 2011 Şənbə 13:59
Ölkə İran nefti hesabına yaşayır.
Yunanıstan ölkənin əsas yanacaq tədarükçüsü olması üçün İrana müraciət edib. Ölkə Vaşinqton və Brüsseldən artan təzyiqlərə baxmayaraq, Tehranla ticari əməkdaşlığı davam etdirməkdədir. "Reuters" afentliyinin mənbəsi iddia edir ki, iri beynəlxalq neft şirkətləri ölkədə maliyyə böhranı olduğundan Yunanıstanda işbirliyi qurmaq istəmir.
"Bizim maliyyə şöbəmiz onlarla işdən ümumiyyətlə imtina edir. Ona görə yox ki, onlar ödəmirlər. Bu, sadəcə təhükəsizlik tədbiridir", deyə iri ticarət evinin treyderi agentliyə bildirib.
20-dən çox avropalı treyder "Reuters"ə bildirib ki, bank maliyyələşməsinin olmaması Yunanıstanı Azərbaycan, Rusiya və Qazaxıstandan xam neftin alınmasını dayandırmağa vadar edib.
"Yunanıstan İran nefti hesabına yaşadığını həqiqətən də gizlətmir, çünki digər təchizatçılar onunla bu şərtlər altında sadəcə olaraq işləməyəcəklər", deyə Aralıq dənizi treyderlərindən biri bildirib.
"İran satışla bağlı öz çətinliklərini nəzərə alaraq, neft ixrac edərkən "açıq kredit"lə işləməyə razı olan yeganə ölkədir", deyə digər treyder bildirib.
Öz nefti olmayan Yunanıstan yanacaq idxalından çox asılıdır. Ötən il ölkə Rusiyadan 46 %, İrandan isə 16 % neft idxal edib. Səudiyyə Ərəbistanı və Qazaxıstan hər biri Yunanıstana 10 %, Liviya - 9%, İraq isə 7 faiz neft ixrac edib. Ancaq yunan yanacaq nəhəngi - Hellenic Petroleum ölkənin neft alışı ilə problemi olmasını təkzib edir. Neftemalı üzrə böyüklüyünə görə ikinci zavod - Motor Oil Hellas isə şərh verməkdən imtina edib.
DOSTLARINLA PAYLAŞ: