Unileasing istiqraz buraxıb
23 İyul 2012 Bazar Ertəsi 09:43
Bazar ertəsi lizinq şirkətinin 5 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsinə başlanacaq.
İyulun 23-dən Bakı Fond Birjasında (BFB) "Unileasing" QSC-nin 5 milyon manat həcmində faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqrazlarının yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından ANS PRESS-ə verilələn məlumata görə, emissiya çərçivəsində nominal qiyməti 1000 manat olan 5000 min manat olan istiqrazlar buraxılacaq. Qiymətli kağızların tədavül müddəti illik 9,5 faiz dərəcəsi ilə 12 aydır və faizlərin ödəniş müddəti 180 gündür. Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

Şirkət onun səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilməsi ilə bağlı ərizə ilə müraciət edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar