Texnikabank daha bir pul köçürmə sisteminə qoşulub
05 İyun 2012 Çərşənbə Axşamı 17:04
“IBA-Express” vasitəsilə Texnikabank ilə “ABB-Moskva” və “ABB-Gürcüstan” arasında pul köçürmələrini həyata keçirmək mümkündür.
“Texnikabank” ASC “IBA-Express” pul köçürmə sisteminə qoşulub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu sistem vasitəsilə bankla “Azərbaycan Beynəlxalq Bankı” ASC-nın törəmə bankları olan “ABB-Moskva” və “ABB-Gürcüstan” arasında pul köçürmələrini həyata keçirmək mümkündür.
““IBA-Express” pul köçürmə sistemi üzrə tarif dərəcələrinə əsasən, 300 dollar/avro və 9000 rubla qədər köçürmələrə müvafiq olaraq 3 dollar/avro və 90 rubl, 300-dən 500 min dollar/avro və 15 mln. rubla qədər köçürmələrə isə 1 faiz komisyon haqqı tutulur.
“Texnikabank” ASC yaxın vaxtlarda Türkiyənin qabaqcıl köçürmə sistemlərindən biri olan UPT (Ucuz Para Transferi) pul köçürmə sisteminə qoşulacağı da nəzərdə tutulub.
Qeyd edək ki, “Texnikabank” ASC hazırda “Western Union”, “Migom”, “Contact”, “Private Money”, “Blizko”, “Bıstraya Pocta”, “Lider”, “Allure”, “Faster”, “Caspian Money Transfer”, “Zolotaya Korona”, “Xpress Money”, “IBA-EXPRESS” pul köçürmə sistemlərinə qoşulmuşdur və Azərbaycan bank bazarında təcili pul köçürmələrinin həcminə görə şəksiz liderdir.
DOSTLARINLA PAYLAŞ: