SOCAR Türkiyədə media sektorundan çıxır
09 Avqust 2014 Şənbə 19:32
SOCAR Türkiyə şirkətinin baş direktoru Kənan Yavuz: Məqsədimiz bütün diqqəti ölkədəki iri layihələrə cəmləşdirməkdir.
“SOCAR Türkiyə” media sektorundan çıxır.
ANS TV-nin məlumatına görə, SOCAR Türkiyə şirkətinin baş direktoru Kənan Yavuz Reuters agentliyinə açıqlamasında bildirib ki, “Star Media” qrupda malik olduqları 50% payı satacaqlar. Bu məqsədlə əvvəl həmin holdinqin ortağı olmuş və hissələrini SOCAR-a satmış Fəttah Tamincə ilə danışıqlara başlanıb.
Kənan Yavuzun sözlərinə görə, bu addımın əsas məqsədi bütün diqqəti ölkədəki iri layihələrə cəmləşdirməkdir. Beləliklə, SOCAR Türkiyənin media sektorundan tam çıxacaq.
Qeyd edək ki, “Star Media” qrupa eyniadlı qəzet və “Kanal 24” televiziyası aiddir. Dövlət Neft Şirkəti ötən ilin mayında bu holdinqdə pay almışdı. Həmin vaxt SOCAR-ın bu addımı birmənalı qarşılanmamışdı. Dövlət Neft Şirkətinin Türkiyədəki əsas fəaliyyəti “Petkim” neft-kimya kompleksi, konteyner limanı və Star neft emalı zavodunun tikintisidir.
DOSTLARINLA PAYLAŞ: