Sığorta-pensiya sisteminin inkişafı üzrə təkliflər hazırlanıb
10 Fevral 2012 Cümə 18:52
Bu gün "Azərbaycanın sığorta-pensiya sistemi -2020: gələcəyə baxış, aktual tədqiqatların nəticələri" mövzusunda təqdimat mərasimi keçirilib.
Bu gün "Azərbaycanın sığorta-pensiya sistemi -2020: gələcəyə baxış, aktual tədqiqatların nəticələri" mövzusunda təqdimat mərasimi keçirilib. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, ölkə prezidenti İlham Əliyevin 2011-ci il noyabrın 29-da sözügedən inkişaf konsepsiyasının hazırlanması barədə sərəncam imzalayıb. Sərəncamla müvafiq dövlət orqanlarna ölkəmizin gələcək inkişafını müəyyənləşdirəcək konsespsiyanın hazırlanması tapşırılıb.

S.Müslümov vurğulayıb ki, fond Azərbaycanın sığorta-pensiya sisteminin perspektiv inkişaf istiqamətlərinin və strateji hədəflərin müəyyənləşdirilməsi üçün beynəlxalq ekspertlərin iştirakı ilə müasir elmi yanaşmaları tətbiq edərək aktuar tədqiqatların aparılmasını təşkil etməkdədir. Konsepsiyanın hazırlanması üçün verilən tapşırıqlara uyğun olaraq həmin tədqiqatlarda 2020-ci ilədək dövr xüsusi diqqətə alınıb. DSMF və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin birgə təşkilatçılığı əsasında "Oventure Financial" şirkəti tərəfindən demoqrafik, makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirilən göstəriciklərin təhlili aparılıb, ölkəmizin sığorta-pensiya sisteminin 2020-ci ilə qədər və ondan sonrakı dövrlərdə gələcək inkişafı üzrə təkliflər hazırlanıb.

Daha sonra tədbirdə ABŞ-ın "Oventure Financial" şirkəti layihənin təqdimatını həyata keçirib. Təqdimatda müasir dünyada sığorta-pensiya sistemlərinin qiymətləndirilməsi üzrə standart indikativ göstəricilər ətraflı şərh olunub və Azərbaycanın sığorta-pensiya sisteminin qiymətləndirilməsi açıqlanıb. 2020-ci ilədək olan dövrdə sığorta-pensiya sisteminin inkişafı üzrə əsas istiqamətlər, mövcud risklər və onların qarşılanması üçün alternativlər müzakirə olunub. Sistemin uzunmüddətli perspektivdə maliyyə dayanıqlığının gözlənilməzi, habelə yığım komponentinin tətbiqi üzrə konkret təkliflər verilib.

Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin, BMT-nin İnkişaf Proqramının, Dünya Bankının və digər təşkilatların rəsmiləri də iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar