Qeyri-neft emalı sənayesində istehsal artıb
05 Avqust 2014 Çərşənbə Axşamı 11:18
Emal bölməsində 3,6 milyard manatlıq sənaye məhsulu istehsal olunub.
Cari ilin birinci yarısında Azərbaycanda, sənayenin emal bölməsində 3,6 milyard manatlıq məhsulu istehsal olunub.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bölmədə qida məhsullarının istehsalı 2,4 faiz, geyim istehsalı 30,9 faiz, hazır metal məmulatlarının istehsalı 7 faiz, mebel istehsalı 17,2 faiz artıb.

Qeyri-neft emalı sənayesində 2,4 milyard manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz çox məhsul istehsal edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar