Ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya yatırılıb
13 İyun 2013 Cümə Axşamı 00:09
Birbaşa investisiyaların həcmi 14,3 faiz artıb.
Bu ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 17,7 faiz çox xarici investisiyalar yönəldilib.

Dövlət Sratistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, investisiyaların 18,2 faizi iqtisadiyyata maliyyə kreditləri, 43,8 faizi birbaşa, 38,0 faizi isə portfel və digər investisiyalar şəklində daxil olub.

Birbaşa investisiyaların həcmi 1,2 milyard dollar təşkil edərək 2012-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz artıb, onun 1,0 milyard dolları və ya 82,9 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.

Bu dövrdə ildə ölkə rezidentlərinə 505,7 milyon ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilib, onlardan 48,5 faizi dövlət təminatlı kreditlər olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar