Oktyabrda inflyasiya 0,5 faiz olub
04 Noyabr 2011 Cümə 19:56
Ötən ay birillik və ikillik bitkilər 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsulları isə 1 faiz bahalaşıb.
Oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik və ikiillik bitkilər 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsulları 1,0 faiz bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 1,1 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 1,8 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 5,2 faiz, qarpızın 10,4 faiz, yemişin 0,9 faiz, göyərtilərin 1,5 faiz, bibərin 4,1 faiz, xiyarın 0,2 faiz, pomidorun 0,4 faiz, badımcanın 1,0 faiz, xam pambığın 5,1 faiz, quru otun 11,8 faiz, yoncanın istehsalçı qiymətləri isə 8,5 faiz bahalaşıb, buğdanın istehsalçı qiymətləri 2,4 faiz, qarğıdalının 1,7 faiz, yaşıl paxlalı tərəvəzlərin 5,0 faiz, kələmin 0,7 faiz, sarımsağın 0,8 faiz, kartofun istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 4,4 faiz, narın 9,2 faiz, feyxoanın 5,6 faiz, almanın 0,5 faiz, armudun 0,2 faiz, heyvanın 2,3 faiz, naringinin 3,8 faiz, limonun 8,0 faiz, şabalıdın istehsalçı qiymətləri 29,3 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı oktyabr ayı ərzində fındığın və qozun istehsalçı qiymətləri isə müvafiq olaraq 18,9 və 13,3 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 7,2 faiz, inəyin 2,3 faiz, erkək buzovun 3,0 faiz, 1 yaşdan 2 yaşadək olan dişi dananın 3,3 faiz, 1 yaşdan 2 yaşadək olan erkək dananın və inək südünün 2,2 faiz, ana qoyunun və 1 yaşadək quzunun 1,7 faiz, diri ev quşlarının 4,9 faiz, camış südünün 0,2 faiz, toyuq yumurtalarının 8,2 faiz, təbii balın istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb, yuyulmamış zərif yunun istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.
DOSTLARINLA PAYLAŞ: