Mothercare endirim kampaniyası keçirir
01 İyun 2012 Cümə 10:00
Dünya miqyasında tanınmış «Mothercare» brendi iyunun 1-dən Azərbaycanda valideynlər üçün 20%-lik endirim kampaniyasına başlayıb.
APA-nın məlumatına görə, kampaniya 3 gün davam edəcək.

«1 iyunda böyüklərin də diqqətə layiq olduğunu düşünənlər var. Çünki uşaqların müdafiəsi məsuliyyəti ilk növbədə valideynlərin üzərinə düşür. İstidən, soyuqdan, zərərli vərdişlərdən, pis mühitdən uşağı qorumaq valideyndən hər an sayıqlıq tələb edir. Bələkdən tutmuş, məktəb seçiminədək hər şeyin ən yaxşısını tapmaq üçün ata-ana daim axtarışda olur. Buna görə də keyfiyyəti sınanmış markalar, təcrübəli valideynlərin tövsiyələri onlar üçün çox qiymətlidir».

«Mothercare» keyfiyyətli, təhlükəsiz, komfortlu, optimal düşünülmüş dizaynla və qayğı ilə yaradılmış məhsulları ilə bütün dünyada ata-anaların etimadını qazanıb. Brendi fərqləndirən xüsusiyyətlər arasında xalis təbii materiallardan istifadəni, körpə geyimlərində tikişlərin üz tərəfə salınmasını, hər yaşa uyğun dizayn tərtibini, uşaq arabalarının çoxfunsiyalılığını və s. göstərmək olar. «Mothercare» brendini seçməyi valideynlər üzərilərinə düşən qayğını hiss edilə biləcək qədər azaltma hesab edirlər.

Qeyd edək ki, «Mothercare» brendi 1961-ci ildə Böyük Britaniyada yaradılıb. Brend analar və uşaqlar üçün lazım ola biləcək hər şeyi bir yerdə təklif etmək ideyasından yaranıb. 52 ölkədə 1000-ə yaxın mağaza ilə «Mothercare» bu sahədə dünya lideridir. Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərən «Mothercare» Bakıda 4 böyük mağaza ilə təmsil olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar