Bu vəzifəni “Unibank”ın Heyəti sədrinin müavini, pərakəndə bank xidmətləri üzrə direktor Xalid Əhədov icra edəcək.
“Unibank” KB ASC-nin İdarə Heyəti sədrinin müavini, pərakəndə bank xidmətləri üzrə direktor Xalid Əhədov “Milli kart” MMC-nin Direktorlar Şurasının sədri seçilib. “Unibank”ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əsas məqsədi Azərbaycanda nağdsız əməliyyatların sürətli inkişafını dəstəkləmək olan “MilliKart” MMC, bu istiqamətdə üzv banklara daha rahat və keyfiyyətli xidmətlərin göstərilməsini təmin edir.
2006-cı ilin oktyabrından fəaliyyətə başlayan "MilliKart" Məhdud Məsuliyyətli Cəmiyyəti 18 bank tərəfindən nizamnamə kapitalı 4 milyon manat olmaqla təsis edilib. Avropa Yenidənqurma və İnkişaf Bankının "MilliKart"ın nizamnamə kapitalında iştirakı, həmçinin "MilliKart"ın nizamnamə kapitalının 4 mln manatdan 5 mln manatadək artırılması ilə əlaqədar olaraq 7 iyun 2010-cu il tarixində "MilliKart"ın Nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyində Dövlət qeydiyyatına alınıb. Avropa Yenidənqurma və İnkişaf Bankı "MilliKart"ın 19 iştirakçısından biri olaraq, " MMC-nini nizamnamə kapitalına 500 min manat qoymaqla 10% iştirak payı əldə edib.
Hazırda "MilliKart" MMC-də 11 banka xidmət olunur. Həmin banklar tərəfindən 250 000-dən artıq ödəniş kartları emissiya edilmiş, 330-dan artıq bankomat və 7000-dən artıq POS-terminal quraşdırılıb.