Mebel senayesi meşelerimizi mehv edir
29 Avqust 2013 Cümə Axşamı 18:57
Mebel senayesi meşelerimizi mehv edir. Azerbaycanın yaşıl örtüyü 4 defeye qeder azalıb.
Nəfəs almağımız çətinləşir, istilər daha da dözülməz həddə çatır və müxtəlif infeksiyon xəstəliklərə düçar oluruq. Bütün bunlara səbəb meşələrimizin sürətlə qırılması, yaşıllıq zolağının azalmasıdır. ANS PRESS özümüzə düşmən kəsilənləri ortaya çıxarmağa çalışıb.

Bu gün 1 milyon 213 min 700 hektar ümumi meşə fondu var. Adambaşına düşən yaşıllıq isə cəmi 0,14 hektar, oduncaq isə 16 kub metrdir. Son illərin təcrübəsi göxtərir ki, Azərbaycanda meşələr amansızcasına qırılır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olub.

Ekoloq Telman Zeynalovun sözlərinə görə, qonşu dövlətlərdə isə vəziyyət bir qədər başqadır. Belə ki, Gürcüstan və Ermənistan ərasinin 35-40%-ni meşə örtüyü təşkil etdiyi halda, bu rəqəm Azərbaycan ərazisinin cəmi 11,8%-ni təşkil edir. Torpalarımızın 20%-nin işğal altında olduğu faktı isə bu rəqəmi 8,6%-ə salır.

Meşələrin sürətlə azalmasının səbəbi isə ağacların kəsilərək yerində ev və ya başqa obyeklərin inşa edilməsi, oduncaq kimi istifadə edilməsi, mebel sənayesində taxta materialların xammal kimi işlədilməsidir. Uzun illik meşə sahələrinin azalmasına Qarabağ müharibəsi də təsir göstərib, erməni işğalı nəticəsində düşmən tapdağında olan yüzlərlə hektar nadir ağac və bitkilərdən ibarət meşə sahəsi yandırılıb, talan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də yaşıllıq sahələrinin qırılması faktları ilə razıdır. Həm də nazirliyin meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov ANS PRESS-ə açıqlamasında salınan yeni yaşıllıq sahələrinə də düzgün qulluq edilmədiyini deyib. Onun sözlərinə görə, düzgün qulluq edilmədiyi üçün bu ərazilər tez bir vaxtda quruyub məhv olur.

Nazirlik rəsmisi meşələrinin qırılmasının qarşısını almaq üçün ictimai qınaq qurumunun yaradılmasının vacib olduğunu düşünür. “Belə faktlarla mübarizə üçün ETSN-də İctimai Şura da yaradılıb. Meşələrin qırılması bilavasitə rayon icra hakimiyyətlərinin, bələdiyyələrində əli var. Çünki onlar işlərini düzgün formada yerinə yetirmirlər. Təbii qaz olmayan rayonlarada və kənd yerlərində insanların meşələri qırmasının qarşısını almağın ən asan yolu, yanacaq əvəzinə həyətlərindəki mal qaranın təzəyindən istifadə edilməsidir”.

Amma təəssüf ki, ağciyər funksiyasını daşıyan meşələrin qırılmasının qarşısını almaq üçün bu kifayət deyil. Bu problemin qarşısını almaq üçün mövcud cəzaları da sərtləşdirmək şərtdir. Sektor müdiridə bu təkliflə razıdır. O, ağacların kəsilməsinə qarşı cərmələrin daha da sərtləşdirilməsinin tərəfdarı olduğunu deyib. Ağaclarımızın kökünə balta vuranlar çox olsa da biz heç vaxt “sapı özümüzdən olan baltalardan” olmamalıyıq. O, balta yalnız özümüzü kəsməyə xidmət edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar