Ekonomist analitik jurnalının növbəti sayı çapdan çıxıb
17 Noyabr 2011 Cümə Axşamı 13:46
Azərbaycanın «Ekonomist» MMC-nin təsis etdiyi «APA-Ekonomist» aylıq analitik jurnalının növbəti buraxılışı çapdan çıxıb.
«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 21 buraxılışı işıq üzü görüb.

«APA-Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsi haqqında məqalə, səhmdarların hüquqları, ölkədə rəqəmsal televiziyanın tətbiqi barədə analitik materiallar, smartfon bazarı üzrə araşdırma, ölkənin ali məktəblərinin dünya reytinqində mövqeləri, dəfn məsrəfləri ilə bağlı məqalələr yer alıb.

Qeyd edək ki, «APA-Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar