Əhalinin banklardakı əmanətləri 9 ay ərzində 20% artıb
14 Noyabr 2011 Bazar Ertəsi 13:02
Bu barədə Mərkəzi Bankdan xəbər verilib.
Əhalinin banklardakı əmanətləri 2011-ci il oktyabrın 1-nə 3 mlrd. 622,4 mln. manat təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 19,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan xəbər verilib.
Azərbaycan Mərkəzi Bankının 2011-ci ilin yanvar-sentyabr aylarında maliyyə sabitliyi icmalına əsasən, ötən ilin analojı dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətləri 29,5% artıb.
Ümumilikdə, oktyabrın 1-nə bank sisteminin bütün öhdəliklərinin 32,3%-i əhalinin əmanətlərinin payına düşür, 1 oktyabr 2010-cu ildə bu göstərici 27,4% təşkil edib.
Bununla yanaşı, əhalinin müddətli əmanətləri 9 ay ərzində 20,5%, tələb olunana qədər əmanətləri15,5% artıb. Ümumilikdə, əhalinin bütün əmanətlərinin 34%-i müddətli, 66%-i tələb olunana qədər əmanətlərin payına düşür.
Əhalinin əmanətləri strukturunda 49,7 % milli valyutada əmanətlərin payına düşür və 9 ay ərzində onların həcmi 27,6% artıb.
Hesabat dövründə qeyri-rezidentlərdən cəlb edilən əmanətlərin həcmi15,9% artıb.
Mərkəzi Bankın məlumatına əsasən, 2011-ci ilin yanvar-sentyabr aylarında hüquqi şəxslərin depozitləri oktyabrın əvvəlinə 6,9% artaraq - 2 mlrd. 587,8 mln. manat təşkil edib.
Ümumilikdə, bankların depozit bazasının həcmi (maliyyə və qeyri-maliyyə sektorlarından cəlb edilən vəsaitlər nəzərə alınmaqla) 2011-ci il oktyabrın 1-nə 8 mlrd. 740,6 mln. manat və ya bank sisteminin bütün öhdəliklərinin 77,9%-ni təşkil edir.
DOSTLARINLA PAYLAŞ: