DəmirBank AYİB-dən yeni kredit alıb
05 İyun 2012 Çərşənbə Axşamı 17:34
DəmirBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə kredit sahəsində əməkdaşlığı genişləndirir.
“DəmirBank” və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 3 milyon ABŞ dolları məbləğində yeni kredit müqaviləsi imzalayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 5 il müddətinə imzalanan kredit müqaviləsinə əsasən tərəflər Azərbaycanda orta həcmli sahibkarlığın birgə maliyyələşdirilməsini həyata keçirə biləcəklər. Bu müqavilə üzrə AYİB hər bir layihənin 50 faizədək dəyərində birbaşa maliyyələşdirməni həyata keçirir.

“DəmirBank” kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar