2017-2018-ci illərdə Türkiyə ərazisi ilə 6 milyard kubmetr qaz ötürüləcək
09 Noyabr 2011 Çərşənbə 18:51
Taner Yıldız: “Artıq dünya Şərqdən Avropaya qazın nəqlinin Türkiyəsiz mümkün olmayacağını görür”.
Artıq dünya Şərqdən Avropaya qazın nəqlinin Türkiyəsiz mümkün olmayacağını anlayır. Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız jurnalistlərə müsahibəsində bildirib. “Şahdəniz-2” layihəsinin əhəmiyyətinə toxunan nazir qeyd edib ki, Azərbaycanla Türkiyə arasında qaz sahəsində imzalanan sazişlər Türkiyə ərazisini tranzit məkana çevirir.

“Qazın nəql ediləcəyi 2017-2018-ci illərdə boru kəməri ilə birinci il 2 milyard kubmetr, ikinci il 4 milyard kubmetr olmaqla, 6 milyard kubmetr qaz ötürüləcək”, - deyə o vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar