Bank kiçik sahibkarlığın kreditləşməsi sahəsində yeni müqavilə imzalayıb
01 Fevral 2012 Çərşənbə 17:27
DəmirBank” “ResponsAbility Global Microfinance Fund” mikromaliyyə təşkilatının vasitəçiliyi ilə “Microfinance Enhancement Facility” ilə yeni maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma əldə edib.
“İmzalanan müqaviləyə əsasən, “Microfinance Enhancement Facility” tərəfindən 3 il müddətinə “DəmirBank” üçün 8 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. “DəmirBank” bu məbləği kiçik sahibkarlığın kreditləşməsinə yönəldəcək.

Xatırladaq ki, “DəmirBank” kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar