Azercell əməkdaşı Azərbaycan Bayrağı diplomu alıb
11 Noyabr 2011 Cümə 19:29
Şirkətin Korporativ Ünsiyyət departamentinin rəhbəri Ülviyyə Həsənzadə fəxri diplomla təltif edilib.
“Azercell Telekom” MMC şirkətinin Korporativ Ünsiyyət departamentinin rəhbəri Ülviyyə Həsənzadə mətbuat təəssübkeşliyi sahəsində Azərbaycan Kütləvi İnformasiya İşçiləri Həmkarlar İttifaqının (AzərKİVHİ) təsis etdiyi “Azərbaycan Bayrağı” fəxri diplomu ilə təltif edilib. Bu barədə ANS PRESS-ə şirkətin mətbuat xidmətindən məlumat verilib.
1993-cü ilin fevralında təsis qurumlarının qərarı ilə yaradılmış Azər KİV Hİ jurnalistlərin, yazıçıların, şairlərin, dövlət və qeyri-dövlət təşkilatları və müəssisələrində çalışan qulluqçulara, iş adamlarına, biznesmenlərə, müştərək müəssisələrə, mədəniyyət işçilərinə, idmançılara, milli qəhrəmanlara və s. sahələrin nümayəndələrinə “Qızıl Qələm”, “Azərbaycan Bayrağı”, “Şöhrət”, “İnam Şərəf”, “Xan qızı Natəvan”, “Hacı Zeynalabdin Tağıyev”, “İlin Nüfuzlu Ziyalısı” və s. diplom və mükafatları təqdim edir.
DOSTLARINLA PAYLAŞ: