Azerbaycandan Türkiyeye 20 milyard dollarlıq investisiya
22 Avqust 2014 Cümə 11:15
Növbeti 8 il erzinde Azerbaycan Türkiyeye texminen 20 milyard dollarlıq investisiya yatıracaq.
"Növbeti 8 il erzinde Azerbaycan Türkiyeye texminen 20 milyard dollarlıq investisiya yatıracaq".

ANS PRESS-in melumatına göre, bu barede sözleri Azerbaycanın Türkiyedeki sefiri Faiq Bağırov deyib.

O bildirib ki, iqtisadi sahede Türkiye Azerbaycan üçün çox ehemiyyetlidir: "Türkiye ile Azerbaycan arasınada helelik 3,3 milyard dollarlıq ticaret dövriyyesi mövcuddur. Ticari elaqelerin qarşılıqlı olaraq 15 milyard dollara çatdırılması lazımdır".

F. Bağırov qeyd edib ki, Azerbaycanın Türkiyeyede qoyacağı investisiyaların böyük qismi İzmir bölgesinde olacaq. İki ölke arasında enerji sektorundakı sermayelerin lokomotiv olduğunu bildiren sefir sözlerini bele davam etdirib:

"Bu investisiyaları qeyri-neft sektoru ile daha da artırmalıyıq. Kend teserrüfatı, kimya, emal, turizm, alternativ enerji, neqliyyat, logistika, informasiya texnologiyaları kimi sahelerde qarşılıqlı elqeler her iki ölkenin iqtisadiyyatını tekmilleşdirecek".


DOSTLARINLA PAYLAŞ:

oyunlar