Azərbaycanda niyə qızıl ehtiyatı yoxdur?
25 Aprel 2010 Bazar 21:35
Ekspertlər hesab edir ki, valyuta məzənnələrinin dəyişkənliyi qızıl ehtiyatının yaradılmasını zərurətə çevirir.
Azərbaycan sürətlə inkşaf edən və kifayət qədər yaxşı maliyyə imkanları olan bir dövlət olsa da, bizim bu günə kimi qızıl ehtiyatımız yoxdur. Düzdür, Azərbaycan müstəqillik qazanandan sonra, yəni 1992-ci ildə ölkədə Milli Ləl-Cəvahirat Fondu yaradılmışdı. Əldə olunan qeyri-rəsmi məlumatlara görə, o zaman fonda 2 tona yaxın qızıl və zinət əşyaları toplanmışdı. 6 illik fəaliyyətdən sonra isə fond ləğv edildi.
Ancaq bu gün Azərbaycan uğurla qızıl ehtiyatı toplaya bilər. Nəzərə alsaq ki, Amerika və Avropa ölkələrinin valyuta ehtiyatlarında qızılın çəkisi 50-90 faiz arasında dəyişir, onda belə cıxır ki, ehtiyyat kimi qızılı saxlamaq daha etibarlıdır. Lakin hökumət hələlik bu istiqamətdə addım atmağa tələsmir. 17 milyard dollar valyuta ehtiyatı olan Dövlət Neft Fondunda hesab edirlər ki, bu, riskli atdımdır. Fondur hərbəri Şahmar Mövsümovun fikrincə, həm neft, həm də qızıl əmtəə məhsulları sayıldığından Neft Fondu vəsaitləri hesabına qızıl almağa ehtiyac yoxdur.
“Biz öz portfelimizdə əmtəə məhsulları investisya etmirik. Bunun fəlsəfəsi ondan ibarətdir ki, biz Azərbaycanın bütün sərvətlərinə birlikdə baxırıq. Yəni yer altında olan neft artıq bizim sərvətimizdir və biz böyük həcmdə vəsaitləri qoymuşuq o əmtəə məhsullarına. Bu tərəfdən Dövlət Neft Fondunun vəsaiti hesabına yenə də əmtəə məhsulu almaq risklərin bir yerə cəmləşməsi deməkdir”, - deyə o vurğulayıb.
6 milyard dollar ehtiyata sahib olan Milli Bankın rəhbəri Elman Rüstəmov da bu fikirdədir ki, ölkənin valyuta ehtiyatları strukturunun radikal dəyişikliyinə, yəni onun bir hissəsinin qızıla kecirilməsinə ehtiyac yoxdur.
Lakin isqtisadi ekspertlər məsələyə bir qədər fərqli yanaşır. Ekspert Qubad İbadoğlu fikrincə, Azərbaycan ehtiyatlar yaratmaq məcburiyyətindədir: “Son məlumatlara görə, Azərbaycanda 22 milyard dollar valyuta ehtiyatı var. Valyuta da müxtəlif ölkələrin pul vahidlərindən ibarətdir. Bu valyutaların məzənnələri dinamikdir. Dinamik məzənnələr bəzən artır, bəzən isə azalır. Son nəticədə məzənnə fərqindən həm Azərbaycanın yığdığı vəsaitlərə, həm də bütövlükdə Azərbaycanda həyata kecirilən valyuta əməliyyatlarına təsirlər olur. Son illərin göstəricilərinə baxanda, həm Neft Fondunun, həm də ARDNŞ-in valyuta məzənnələrindəki dəyişiklərdən xeyli itkiləri olub. Yəni bunu hər ikisini toplayanda, milyardan da cox məbləğ alınır. Son zamanlar dünya valyuta bazarında gedən proseslər də onu göstərdi ki, valyuta ehtiyatı yaratmaq o qədər də yaxşı deyil. Bunu yaxşı başa düşən bir sıra ölkələrin qızıla marağı artıb. Misal ücün Hindistan hökuməti 200 ton qızılın alınmasına və ehtiyat kimi saxlanılmasına qərar verib”.
Q.İbadoğlu hesab edir ki, Azərbaycanda bu istiqamətdə diqqət yetirməlidir. Onun sözlərinə görə, bu, Azərbaycanın mövcud ehtiyatlarının daha səmərəli yerləşdirilməsi və onun valyuta bazarında gedən neqativ proseslərdən sığortalanması ücün cox əhəmiyyətli bir addım olardı.
Yeri gəlmişkən, aparılan araşdırmalar göstərir ki, qızılın qiyməti bundan sonra ya artacaq, ya da ki nisbətən sabit qalacaq. Yəni qızılın ucuzlaşması gözlənilmir.
Bir sözlə, mütəxəssislər hesab edir ki, Azərbaycan dövləti ehtiyat kimi dollar,avro və funt sterlinqlə yanaşı qızıl da saxlamalıdır. Deyəsən artıq bu istiqamətdə irəliləyiş də var. Düzdür, ölkənin əsas valyuta ehtiyatlarının saxlandığı qurumların rəhbərləri pulun qızıla cevrilməsinin ehtiyac olmadığını desələr də, Azərbaycan bu gün qızıl istehsal edir və öz payını satmır. Gədəbəydə istehsal olunan qızılın Azərbaycana catacaq payı ötən ilin iyunundan bəri İsvecrədə toplanır. Yığılan qızıl miqdarı isə 100 kiloqramı kecib.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin prezidenti Rza Vəziri bildirib ki, həmin qızıl İsveçrədə saxlanılır. “Azərbaycan hökumətinin bu gün o pula ehtiyacı yoxdur. Odur ki, o qızıl İsveçrədə saxlanılır. Təxminən 100 kiloqramdan çoxdur. Fikirləşirəm ki, o qızıl yaxın zamanlarda Azərbaycana gətiriləcək. Və Azərbaycanda ya Milli Bankda, ya Maliyyə Nazirliyində saxlanılacaq. Ya da Qızıl fondu yaradılacaq”, - deyə o vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: