Azərbaycanda böyük nominallı pullara ehtiyac var?
06 İyun 2011 Bazar Ertəsi 05:21
İndiyədək pullarını banklara qoymayanlar daha çox 100-lük dollar yığıb saxlayırdı
Azərbaycanda 100 manatlıqlardan böyük pulların dövriyyəyə buraxılması barədə fikirlər hələ 3-4 il əvəll səslənirdi. 2008-ci ildə maliyyə böhranının başlaması ilə bu məsələ təxirə salındı. Bu günlərdə isə Mərkəzi bankın rəhbərliyi iri nominallı pulların buraxılması məsələsini gündəmə yenidən gətirdi. Mərkəzi bankın idarə heyətinin sədr müavini Alim Quliyev bildirib ki, bu məsələ nəzərdən keçirilir. Hazırda həmin pulların hazırlanması və dövriyyəyə buraxılması imkanları araşdırılır. Mütəxəssislər iri pulların buraxılmasının vacib olduğunu bir neçə səbəblə əsaslandırırlar.

Ekspertlər bildirir ki, yeni manatlıqların dövriyyəyə buraxılmasından keçən 5 il ərzində ölkənin iqtisadi vəziyyəti xeli dəyişib. İqtisadiyyatın pula olan tələbatı bir neçə dəfə artıb. Son 5 ildə əhalinin gəlirləri 2-3 dəfə yüksəlib. Buna görə də ölkədə əlavə pul kütləsinə də tələbat çoxalıb. İkinci bir səbəb qiymətlərin artmasıdır. Təxminən 5 il əvvəllə müqayisədə qiymətlərdə 3-4 dəfə artım baş verib. Bunun nəticəsində pulun alıcılıq qabiliyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Təsadüfi deyil ki, artıq kiçik nominallı pullar xüsusilə 1 və 3 qəpikliklər zəif işləyir. Qyimətlər kəskin artrarsa 5 və 10 qəpiklikləri də bu aqibət gözləyə bilər. Mütəxəssislər bütün pulların aktiv işləməsi üçün qiymətlərin tənzimlənməsini vacib sayır.

Millət vəkili Əli Məsimli hesab edir ki, inflyasiya nəzarətdə olarsa buna ehtiyac olmaz: “Əgər inflyasiyanı cilovlamaq mümkün olsa donda iri nominallı pula ehtiyac olmayacaqn. Əgər qarşısı alınmasa buraxılmalıdır. Yığım kimi əhəmiyyəti var. O nöqteyi nəzərdən iri nominallı pulların buraxılması normal sayıla bilər”.

Daha bir səbəb valyuta bazarlarında baş verənlərdir. İndiyədək pullarını banklara qoymayanlar daha çox 100-lük dollar yığıb saxlayırdı. Amma son 2 ildə Amerika valyutasının kəskin ucuzlaşması manata tədləbatı artırıb. Belə ki, 2008-ci ildə 100 dollar üçün 84 manat verilirdisə, indi bu məbləğ 79 manata düşüb. Başqa sözlə hər 100 dollar 5 manat dəyərini itirib. Nəğticədə pul yığanlar dollarları manata çevirir, özü də əsasən 100-lüklərə.

Valyuta bazarı üzrə ekspert Samir Əliyev isə bunun pul yığanlar üçün maraqlı olacağını deyir: “Valyuta bazarında baş verənlər manatın möhkəmləndiyini göstərir. Yığıma daha çox manatlıqlar yönəldilir. Ona görə də biz ticarət və xidmət obyektlərində az rast gəlirik, həmin pullara ona görə də nisbətən iri nominatllı pulların buraxılması normal sayıla bilər”.

İndi məlum olur ki, həmin 100 manatlıqları dövriyyəyə qaytarmaq üçün onlardan da böyük pullar buraxılmalıdır. Yəni nə vaxtsa şərti olaraq 200 və 500 manatlıq pullar çıxsa heç şübhəsiz ki, evdə pul saxlayanlar yüzlükləri yeniləri ilə əvəzləyəcək. Əslində iqtisadçılar bunun normal olduğunu bildirir. Çünki istənilən halda yığıma daha çox ən böyük nişanlı pullar cəlb olunur.

Milli məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bunun normal olduğunu və yeni iri pulların buraxılması üçün çəkilən xərcləri də azalda biləcəyini deyir: “Burada qeyri adi məsələ yoxdur. Mərkəzi bankın apardığı siyasət göstərir ki, iri pul banknotlarına gedirilər. Hesablamalar aparılmalıdır. Kiçik banknotları buraxmaq çox pul aparır. Ona görə də iri pullara ehtiyac yaranır. Hər halda araşdırma aparmaq lazımdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar