Azərbaycan şirkəti Qara dəniz sahilində zavod tikəcək
17 İyun 2012 Bazar 18:01
Potidə inşa olunacaq neft emalı zavodunun 2 il sonra istifadəyə veriləcəyi gözlənilir.
ARDNŞ avqust-sentyabr aylarında Potidə neft emalı zavodunun inşasına başlayacaq. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu bu gün Poti sakinləri ilə görüşü zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili deyib. O qeyd edib ki, müvafiq anlaşma 3 həftə öncə əldə olunub. Zavodun tikintisinin 2 il davam edəcəyini bildirən Saakaşvili bildirib ki, bundan sonra Gürcüstanda neft məhsullarını istehsal etmək mümkün olacaq.

Gürcüstan prezidenti onu da qeyd edib ki, tikinti işlərinə yüzlərlə adam cəlb olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar