Azərbaycan nefti bahalaşıb
02 Fevral 2012 Cümə Axşamı 16:43
“Azeri Light” markalı xam neftinin 1 barelinin qiyməti Brent tipli neftin qiymətindən təxminən 2 dollar baha olub.
Yanvar ayında dünya bazarında “Azeri Light” markalı xam neftinin 1 barelinin qiyməti Brent tipli neftin qiymətindən təxminən 2 ABŞ dolları bahalaşıb. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən ay Azərbaycan nefti Urals tipli neftin qiymətindən isə 2,6 dollar baha olub.

Qeyd edək ki, yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 110,58 dollara, Urals nefti – 109,91 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 112,47 dollara satılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar