AXA MBASK 3 sığorta ödənişini birdən həyata keçirib
12 İyul 2012 Cümə Axşamı 20:27
AXA MBASK sığorta şirkəti icbari avtomobil sığortası üzrə indiyədək 150 min manat sığorta ödənişi aparıb.
“AXA MBASK” sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair üç ödənişi həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəmələr iyunun 25-də Baki-Qaxax yolunda baş vermiş yol qəzası ilə bağlı olub.
Belə ki, “AXA MBASK” tərəfindən 2 962 manat məbləğində sığorta ödənişləri zədələnmiş Hyundai HD 72”, 1 092 manat “Mersedes Benz 1117” yük və 945 manat “Mersedes Benz E 220” markalı avtomobillərin sahiblərinə təqdim olunub.
Qeyd edək ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağli şirkət artıq 150 min manata yaxın sığorta ödənişi edib.
İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə on line rejimində buraxılır.
DOSTLARINLA PAYLAŞ: