AtaBank POS-terminallarla aparılan əməliyyatlarının həcmi artıb
16 Fevral 2012 Cümə Axşamı 16:47
AtaBank “Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasını davam etdirir.
"AtaBank" ASC ötən ilin 15 dekabr tarixindən başladığı "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasını uğurla davam etdirir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kampaniya başladığı vaxtdan bu günədək bankın POS terminalları vasitəsi ilə aparılan əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox artıb.

Kampaniya dövründə “AtaBank”ASC-nin plastik kart istifadəçilərinin sayında da artım olub. Belə ki, artıq kampaniyada iştirak edən müştərilərdən 85 nəfəri müxtəlif məbləğlərdə nağd pul uduşları qazanıblar.

Ani stimullaşdırıcı lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər. Lotereyada təqvim ayı ərzində minimum 50 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər.

Eyni zamanda, minimal məbləğin təkcə 1 (bir) əməliyyat nəticəsində əldə olunması vacib deyil. Belə ki, bu məbləğ bir neçə alış-veriş çeklərinin cəmi olaraq da toplanıb banka təqdim oluna bilər. Lotoreya 30 dekabr 2012-ci il tarixinədək davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar