“AtaBank”ın kredit portfeli 6 faiz artıb
02 Fevral 2012 Cümə Axşamı 16:30
Bankın müddətli depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
“AtaBank” ASC-nin 2011-ci ilə maliyyə təsərrüfat nəticələri uğurlu olub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən il aktivlərin dinamikasında 7.4 faiz və ya 15.9 milyon manat artım müşahidə olunub. Başqa sözlə, ilin əvvəlində aktivlər 215.1 milyon manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 231.1 milyon manata çatıb.

Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərəçarpacaq dərəcədədir. Artım 6,0 faiz və ya 8,3 milyon manat təşkil edib. Beləliklə, ilin əvvəlində kredit göstəricisi 138.4 milyon manat olduğu halda, yekunda rəqəm 146.7 milyon manatı aşıb.

2011-ci ilin yekunlarına görə, bankın müddətli depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 9,7 faiz və ya 14,4 milyon manat artaraq, 163,1 milyon manat təşkil edib.

Qeyd edək ki, 2011-cui ilin əvvəlinə bu göstərici 148,7 milyon manat təşkil edirdi. 2011-ci il ərzində fiziki şəxslərin müddətli əmanətlərinin böyük artım dinamikası qeydə alınıb. Belə ki, ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin müddətli əmanətləri 19,8 faiz artaraq 101,9 milyon manatı keçib.

İlin sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1,53 faiz və 12,45 faiz təşkil edib. 2011-ci il ərzində bankın bankomatlarının sayı 54-dən 64-ə, POS terminal şəbəkəsinin sayı isə 604 ədəd olub. İlin nəticəsinə görə, bankın xalis mənfəəti 3,1 milyon manat təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar