ARDNŞ: Bütün sərhədyanı rayonlar qazla təmin ediləcək
09 Noyabr 2011 Çərşənbə 19:43
Rövnəq Abdullayevin sözlərinə görə, ölkənin bütün yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağı işlər 2013-cü ilin ortalarınadək başa çatdırılacaq
Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Naftalan şəhərində səfərdə olub. O, “Azəriqaz” İstehsalat Birliyi Naftalan Qaz İstismar Sahəsinin yeni binasının açılış mərasimində iştirak edib.

ARDNŞ prezidenti daha sonra Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin və bir neçə ətraf yaşayış məntəqəsinin mavi yanacaqla təmin edilməsi münasibətilə təşkil edilən yığıncağa qatılıb və məşələ od vurub. R. Abdullayev Tapqaraqoyunlu kənd orta məktəbinin Dövlət Neft Şirkətinin maliyyə vəsaiti hesabına əsaslı şəkildə təmirdən çıxması münasibətilə rəmzi qırmızı lenti kəsib.

R. Abdullayev jurnalistlərə bildirib ki, prezidentin tapşırığına əsasən bütün sərhədyanı rayonlar və cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrinin hamısı gələn ilin sonlarına qədər təbii qazla təmin ediləcək: “Ən ucqarlarda yerləşən və 5-10 ailənin yaşadığı dağ kəndləri istisna olmaqla, respublikanın bütün yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulub və bu, 2013-cü ilin ortalarınadək başa çatdırılacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar