AccessBank borca girdi
24 Dekabr 2012 Bazar Ertəsi 16:34
AccessBank IFC-dən 15 milyon dollar kredit götürüb.
“AccessBank” Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) 15 milyon ABŞ dolları məbləğində kredit cəlb edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu uzunmüddətli kredit bank tərəfindən xarici investorlarından əvvəllər də cəlb olunan bütün kreditlər kimi, aşağı gəlirli və inkişafı maliyyə xidmətlərinə girişin olmaması ilə məhdudlaşan mikro və kiçik sahibkarlıqların maliyyələşdirilməsinə yönəldiləcək. Kreditin bir hissəsi kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinə istiqamətlənəcək.
“AccessBank”ın Baş meneceri Mixael Hoffmann kreditin alınmasını şərh edərkən qeyd edib: ”Çox vaxt maliyyə dəstəyin olmaması kiçik və orta biznesin inkişafına mane olur. Xüsusilə bunu, ölkənin bölgələrinə və kiçik kənd təsərrüfatılarında müşahidə etmək olar. “AccessBank” bu çatışmazlığı aradan qaldırmaq üçün yaradılıb – kiçik və orta biznes-cəmiyyətləri üçün Avropa standartlarına uyğun maliyyə xidmətlərindən yararlanma imkanını təmin etmək və daha əhatəli maliyyə sistemini yaratmaq. IFC-dən cəlb edilən kredit hazırkı istiqamətdə bizim uğurlu addımlarımızı dəstəkləyəcək”.
IFC-in Cənubi-Qafqaz bölgəsi üzrə bölgə meneceri Tomas Lubek bildirib: “Bu layihə çərçivəsində bizim uzunmüddətli tərəfdaşımız “AccessBank” ticarət, xidmətlər və kənd təsərrüfatı kimi sahələrdə maliyyələşdirmənin həcmini artıracaq. Hazırkı əməkdaşlıq, bizim qeyri-neft sektorunun maliyyələşdirilməsi və məsləhət xidmətləri yolu ilə iqtisadiyyatın davamlı inkişafı və diversifikasiyasına köməklik göstərməkdən ibarət olan strategiyamızın Azərbaycanda reallaşdırılması istiqamətində atılan növbəti addımdır.”
Dünya Bankı Qrupunun üzvü olan IFC, müstəsna olaraq özəl sektorun inkişafını dəstəkləyən dünyada ən böyük inkişaf təşkilatıdır. IFC investisiyaların maliyyələşdirilməsi, kapitalın beynəlxalq bazarlarda toplanması və bizneslər və hökumətlərə məsləhət xidmətləri göstərilməsi vasitəsilə inkişaf etməkdə olan ölkələrin davamlı inkişaf məqsədlərinə nail olmasına yardım edir.
“AccessBank” Azərbaycanın mikro və kiçik sahibkarlara, həmçinin orta və aşağı gəliri olan ailələrə maliyyə xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılıb. “АccessBank” “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla “BB+” səviyyəsində), həmçinin “Global Finance” (2011) və “Euromoney” Nəşriyyat Qrupu (2012, 2011, 2010) tərəfindən “Azərbaycanın ən yaxşı bankı” və “The Banker” nəşri tərəfindən isə “İlin bankı” adına layiq görülüb. “AccessBank” 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, “KfW Development Bank” – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən “AccessHolding” (16.5%) və Almaniyanın “LFS Financial Systems GmbH” (3.5%) şirkətləridir.
DOSTLARINLA PAYLAŞ: