5 milyard dollarlıq nəhəng enerji layihəsi
05 Sentyabr 2014 Cümə 05:48
ABŞ-ın dörd enerji şirkəti 5 milyard dollar həcmində uzunluğu 900 kilometr olan təbii qaz boru kəməri layihəsini reallaşdırmağı planlaşdırır.
ABŞ-ın dörd enerji şirkəti 5 milyard dollar həcmində uzunluğu 900 kilometr olan təbii qaz boru kəməri layihəsini reallaşdırmağı planlaşdırır.

ANS PRESS-in məlumatına görə, “Dominion Resources”, “Duke Energy”, “Piedmont Energy” və “AGL Resources” şirkətlərinin inşa etməyi planlaşdırdığı boru kəməri gündəlik 42 milyard kubmetrdən artıq təbii qaz nəqletmə tutumuna malik olacaq.

Pensilvaniya, Ohayo və Qərbi Vircinya əyalətlərində çıxarılan təbii qaz Atlantik okeanı sahili boyunca qurulacaq boru kəməri ilə ölkənin cənub şərqindəki əyalətlərə çatdırılacaq. Şirkətlər boru kəmərini 2018-ci ildə istifadəyə verməyi planlaşdırırlar.

Qeyd edək ki, təklif edilən boru kəməri layihəsi ABŞ Federal Enerji Nəzarət Komissiyası (FERC) və əlaqədar əyalətlərin orqanları tərəfindən təsdiqlənməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar