5 aya bazarlığa 7,5 milyard manat xərcləmişik
12 İyun 2013 Çərşənbə 22:48
Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 901,1 min manat təşkil edib.
Bu ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 7,5 milyard manat və ya 2012-ci ilin beş ayı ilə müqayisədə 8,8 faiz çox olub.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, pərakəndə ticarət bazarında satılmış istehlak mallarının 53,2 faizi ərzaq, 46,8 faizi qeyri-ərzaq mallarının hesabına formalaşıb, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,4 faiz artıb.

Yanvar-may aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə artaraq 901,1 min manat təşkil edib. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 87,3 faizini hüquqi, 12,7 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 843,2 min manatını (93,6 faizini) qeyri ərzaq malları təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar