Zorxana milli oyunu üzrə Azərbaycan çempionatı keçirilir
15 Mart 2010 Bazar Ertəsi 23:00
Zorxana çempionatına 200-ə qədər pəhləvan qələbəyə iddialıdır.
Ölkəmizdə ilk dəfədir ki, Zorxana milli oyunu üzrə Azərbaycan çempionatı keçirilir. 1-ci yarış olmasına baxmayaraq, çempionata 200-ə qədər pəhləvan qələbəyə iddialıdır. Bu iştirakçılar Azərbaycanın müxtəlif bölgələrini əhatə edən 10 komandanı təmsil edir.

Zorxana və pəhləvan güləşində iştirakçılar müxtəlif alətlərlə hərəkətlər də göstərirlər. Bu hərəkətlər də ayrı-ayrı adları daşıyır. Mil, mil səngi, kəbbadə, səng, çərxi sürət və çərxi çəmən. Adları sadalanan növlər bir-birindən icrası zamanı istifadə olunan alətlərə görə fərqlənir. Bundan başqa, sürətinə görə də seçilir.

Zorxana pəhləvan güləşində döyüşlər də var. Burada mübarizə 4 çəki dərəcəsində gedir. Bu gün start götürmüş Azərbaycan çempionatı iki gün davam edəcək. Yarışın qalibləri sabah bəlli olacaq.

Çempionatda həm şəxsi, həm də komanda hesabında mübarizə gedir. Yarışın yekunlarına görə, təşkil olunacaq yığma komanda Azərbaycanı Zorxana üzrə Avropa və dünya çempionatları ilə yanaşı, bu ilin sentyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək İslam ölkərənin olimpiya oyunlarında da təmsil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar