Azərbaycan çempionatında lider dəyişdi
15 Dekabr 2014 Bazar Ertəsi 01:08
"Rabitə"nin istirahət etdiyi turda iki qarşılaşma baş tutub.
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VIII turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, "Rabitə"nin istirahət etdiyi turda iki qarşılaşma baş tutub.

"Lokomotiv" "Telekom"un qonağı olub. "Dəmiryolçular" 3:0 hesablı qələbə qazanaraq liderliyi ələ keçirib. Digər oyunda isə "Azəryol" səfərdə "Azərreyl"u quru hesabla yenib - 3:0.

Bununla da "Lokomotiv" liderliyi ələ alıb.

Voleybol
Super Liqa
VIII tur

14 dekabr
Telekom - Lokomotiv 0:3 (19:25, 15:25, 22:25)
Gənclik Olimpiya Kompleksi.

Azərreyl - Azəryol 0:3 (20:25; 16:25; 15:25)
Voleybol Mərkəzi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar