Türkiyənin "Fənərbaxça" klubunun braziliyalı ulduz futbolçusu Roberto Karlos evlənib. Türkiyə mətbuatının xəbərinə görə, bir çox uğurlara imza atan ulduz oyunçu, mövsümün başa çatmasının ardından 2002-ci ildə tanış olduğu Mariyana ilə ailə həyatı qurub.
Braziliyanın San-Paulo şəhərində keçirilən nigah mərasimində cütlüyün ailələri də yer alıb. Roberto Karlosun nigah şahidi bacısı, Mariyananın nigah şahidi isə anası olub.
Karlos cütlüyü mərasimdə iştirak edən qonaqlarla tək-tək şəkil çəkdirib. /ANS PRESS/