İdman

Dünya Güləş Birliyi hakimlərlə bağlı qərarını açıqlayıb

Dünya Güləş Birliyi hakimlərlə bağlı qərarını açıqlayıb. Yüksək dərəcə alan ədalət təmsilçiləri arasında 3 hakimimiz var.

· Xəbərçi
Dünya Güləş Birliyi hakimlərlə bağlı qərarını açıqlayıb
Dünya Güləş Birliyi hakimlərlə bağlı qərarını açıqlayıb. Ötən il keçirilən yarışlarda və hakimlik imtahanlarında göstərdiyi nəticələrə əsasən, 2015-ci il üçün hakimlik dərəcələri təyin olunub.

Dünya Güləş Birliyinin siyahısında hakimlərimizdən bir neçəsinin dərəcəsində dəyişiklik baş verib. Belə ki, yüksək dərəcə alan ədalət təmsilçiləri arasında 3 hakimimiz var.

DGB-də davam edən islahatların nəticəsində olimpiya kateqoriyası "S"lə əvəzlənib. Bu siyahıda ölkəmizi Hicran Şərifov və İntiqam Alıyev təmsil edir. Hicran Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və 2 dəfə Olimpiya oyunlarında iştirak edib. Gənc hakimimiz İntiqam Alıyev isə ötən il Daşkənddə keçirilən dünya çempionatından sonra bir pillə yüksəlib.

DGB-nin imtahanından uğurla keçən digər hakimimiz isə Asif Şirəliyevdi. O, ötən ilin iyununda Polşada keçirilmiş gənclərin Avropa çempionatında sınaqdan uğurlu çıxıb və I dərəcəyə yüksəlib.

Yeni siyahıda Hüseynağa Əhmədovun statusu bir pillə aşağı enib. Milli dərəcəli hakim Elgün Məmmədov isə III dərəcə hakimlik adı alıb.

Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib.

Şərhlər