Nicat Məmmədov qələbə qazanıb
04 Mart 2009 Çərşənbə 10:50
Nicat Məmmədov yarışın 5-ci turunda isveçli Ralf Akessonu məğlubiyyətə uğradıb

 

Fransada keçirilən ənənəvi «Cappelle La Grande» şahmat festivalında beşinci turun görüşləri keçirilib. Yarışın beşinci turunda azərbaycanlı şahmatçılardan yalnız Nicat Məmmədov bu turu qələbə ilə başa vurub. Nicat İsveç şahmatçısı Ralf Akessonu məğlubiyyətə uğradıb. Digər iki şahmatıçımız isə beşinci turu heç-heçə ilə tamamlayıb. Rəşad Babayev ukraynalı Yuri Drozdovski, Ülvi Bacarani isə almaniyalı Arik Braunla heç-heçə oynayıb. 5 turdan sonra aktivində 3.5 xalı olan Nicat Məmmədov 34-cü, 3 xalı olan Rəşad Babayev 74-cü, 2.5 xalı olan Ülvi Bacarani isə 238-ci mövqedə qərarlaşıb.

Qeyd edək ki, «Cappelle La Grande» şahmat festivalında 611 şahmatçı mübarizə aparır. /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar