Zlatan İbrahimoviç rəsmən PSJ-də
19 İyul 2012 Cümə Axşamı 03:12
Futbolçu Zlatan İbrahimoviç “Park de Prens” stadionunda klubun oyunçusu kimi təqdim olunub.
İsveçli hücumçu Zlatan İbrahimoviç rəsmən Fransanın “Pari Sen-Jermen” klubuna keçib. ANS PRESS-in Sportbox.ru-ya istinadən verdiyi məlumata görə, futbolçu “Park de Prens” stadionunda komandanın oyunçusu kimi təqdim olunub.

PSJ ilə üç illik müqavilə bağlayan Zlatan İbrahimoviç Paris klinikalarından birində tibbi müayinədən keçib. Həmin vaxt klinikasının girişini iki silahlı adam qoruyub. Onlar azarkeşlər və jurnalistləri klubun yeni ulduzuna yaxın buraxmayıblar.

30 yaşlı futbolçu son iki mövsümü İtaliyanın “Milan” klubunda keçirib. O, komandının heyətində ötən mövsüm 32 oyuna çıxıb və 28 qol vurub, bununla da A seriyasının ən məhsuldar oyunçusu olub. Zlatan İbrahimoviç əvvəllər İtaliyanın “İnter” və “Yuventus”, İspaniyanın “Barselona”, Hollandiyanın “Ayaks” və İsveçin “Malmö” klublarında çıxış edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar