Zlatan İbrahimoviç İsveç millisinə qayıtdı
17 İyul 2010 Şənbə 02:35
Zlatan İbrahimoviç: “Milli komandada çıxış etmək üçün darıxmışam”.
İspaniyanın “Barselona” klubunun hücumçusu Zlatan İbrahimoviç futbol üzrə İsveç millisinə qayıdıb. Bu barədə məlumatı “Associated Press” agentliyi yayıb. Zalatan İbrahimoviç 2009-cu ilinq noyabrında İsveç millisi futbol üzrə Dünya Çempionatının final mərhələsinə vəsiqə qazana bilməyəndən sonra millidə çıxış etmirdi.

Təxminən 9 ay əvvəl-2009-cu ilin oktyabrında Danimarka millisinə məğlubiyyətdən sonra hücumçüu bəyan etmişdi ki, İsveç millisində çıxış etmək üçün əsasları itirib. Çünki meydana qələbə üçün çıxır.

Lakin İsveç millisinin yeni baş məşqçisi Erik Hamrenlə söhbətdən sonra 28 yaşlı futbolçu bildirib ki, milli komandada çıxış etmək üçün darıxıb. Zlatan İğrahimoviç deyib ki, ona tələbat olan hər oyunda iştirak etməyə hazırdır.

İsveç millisi 2012-ci ilin Avropa Çempionatının seçmə mərhələsinə bu il sentyabrın 3-də Macarıstan yığması ilə oyunla başlayacaq. İsveçlə eyni qrupda Hollandiya, Finlandiya, Moldova və San-Marino yığmaları da mübarizə aparacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar