Ziya Məmmədov yenidən Voleybol Federasiyasının prezidenti seçildi
28 Fevral 2013 Cümə Axşamı 11:45
Azərbaycan Voleybol Federasiyasının hesabat-seçki konfransı keçirilib. Ziya Məmmədov yenidən Voleybol Federasiyasının prezidenti seçilib.
Azərbaycan Voleybol Federasiyasının (AVF) fevralın 27-də VI hesabat-seçki konfransı keçirilib. Voleybol Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Voleybol Mərkəzində təşkil olunan konfransın gündəliyində 3 məsələ olub.

Bunlar 2009-2012-ci illər Federasiyanın fəaliyyəti haqqında hesabat, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı Faiq Qarayevin rəhbərliyi altında Təşkilat Komitəsinin yaradılması və AVF-nin rəhbər orqanlarının seçilməsi olub.

Konfransın sonunda Ziya Arzuman oğlu Məmmədov yenidən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar