Ziya Doğan Azərbaycana məktub göndərdi
18 Fevral 2010 Cümə Axşamı 17:15
"Diyarbəkirspor" klubunun məşqçisi həkim Murad Mərdanlının ailəsinə başsağlığı verib.
Bu gün "Bakı" futbol klubunun ünvanına Türkiyənin "Diyarbəkirspor" klubunun baş məşqçisi Ziya Doğanın imzası ilə başsağlığı məktubu daxil olub. "İllərdir bir yerdə çalışdığımız “Bakı” futbol klubunun həkimi Murad Mərdanlının vəfat etməsi bizi çox təəssüfləndirir. Mərhumun ailəsinə, “Bakı” futbol klubunun üzvləri və bütün Azərbaycan xalqına başsağlığı veririk”, - deyə məktubda vurğulanıb.
Xatırladaq ki, Murad Mərdanlı Türkiyənin “Trabzonspor”, “Ərzurumspor” klublarında da çalışmışdı. Son iş yeri “Bakı” klubu olan Mərdanlı bir neçə gün bundan əvvəl dünyasını dəyişib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: