Zidana yeni təklif
07 Mart 2010 Bazar 21:10
Əfsanəvi fransız futbolçusu Zidan fikirləşmək üçün möhlət istəyib
Əfsanəvi fransız futbolçusu Zinəddin Zidan 2010-cu il Dünya çempionatı başa çatdıqdan sonra Əlcəzair yığmasına rəhbərlik edə bilər.

Bu təklifi Əlcazair prezidenti Abdel Əziz Buteflik futboçu ilə görüşündə səsləndirib. Valideynlərinin doğulduğu ölkəyə səfər edən Zidan atası ilə birlikdə Əlcazair prezidentinin qonağı olub.

Əlcazair yığmasının indiki baş məşqçi Rahab Saadan ilə olan müqavilə 2010-ci il Dünya Çempionatından sonra başa çatır.

Prezidentdən fikirləşmək üçün möhlət istəyən Zidan ikinci dəfədir ki, bu təklifi alır. İlk dəfə 2006-cı ildə bu ölkəyə səfər edən Zidana elə o vaxt da prezident Buteflik tərəfindən baş məşqçi postu təklif edilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar