Zidana vəzifə verildi
13 Noyabr 2010 Şənbə 00:50
Əfsanəvi futbolçu Zidan “Real” prezidentinin müşaviri təyin edilib.
Tanınmış futbolçu Zinəddin Zidan Madridin “Real” klubunun prezidenti Florentino Peresin müşaviri təyin edilib. Bu barədə məlumat “Kral klubu”nun rəsmi satında yerləşdirilib. Əsanəvi futbolçunun vəzifələrinə “Real”ın əsas komandası üçün optimal şəraitin yaradılması daxildir. Zinəddin Zidan klub prezidenti və baş məşqçi ilə daimi təmasda olacaq, əsas komandanın oyunçularına aid məsələləri həll edəcək.

FİFA tərəfindən üç dəfə ilin ən yaxşı oyunçusu kimi mükafatlandırılan futbolçu Çempionlar Liqasının tədbirlərində də iştirak edəcək. O, komanda ilə ÇL oyunlarına gedəcək, komandanın oyunlar ərəfəsindəki toplantılarında, məşqlərdə iştirak edəcək.

Qeyd edək ki, Zinəddin Zidan 2001-2006-cı illərdə “Real”ın heyətində çıxış edib, İspaniya çempionu (2002-2003) və Çempionlar Liqasının qalibi (2001-2002) olub. O, Fransa millisinin oyunçusu kimi 1990-ci ildə Dünya çempionatının qızıl medalını qazanıb. Zidan “Yuventus”un heyətində çıxış etdiyi illərdə Avropada ilin ən yaxşı futbolçusu kimi “Qızıl top”a layiq görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar