Zidana oxşamaq "həvəsi" futbolçuya baha başa gələ bilər
16 Avqust 2010 Bazar Ertəsi 17:50
Rusiyalı futbolçu ən sərt şəkildə cəzalandırıla bilər.
Moskva “Dinamo”su və Rusiya yığmasının əsas futbolçularından olan İqor Semşov “Zenit”in hücumçusu Danko Lazoviçə zərbə vurduğuna görə ən sərt şəkildə cəzalandırıla bilər. 32 yaşlı futbolçunun rəqibinə “Zidan stili”ndə, yəni başla sinəsinə yetirdiyi zərbə Rusiya Futbol İttifaqının İntizam Komissiyasında müzakirə olunacaq.
Əgər futbolçu təqsirli sayılarsa İntizam qaydalarının 35-ci maddəsinə əsasən ölkə çempionatı zamanı rəqibini vurduğuna görə dörd oyunluq cəzalandırıla bilər. Lakin, Rusiya yığmasının keçmiş məşqçisi Qus Hiddinkin sevimlisi hesab olunan futbolçunun hərəkəti futbol meydançasında dava salmaq kimi qiymətləndirilsə, o, ən sərt formada – beş oyunluq diskalifikasiya cəzası ala bilər.
Maraqlısı odur ki, oyun zamanı hakimin bir addımlığında baş verməsinə baxmayaraq, bu epizod onun və yan hakimlərin gözündən yayınıb. Smeşokun hərəkəti bir çox məqamla Zinəddin Zidanın 2006-cı il Dünya çempionatındakı qayda pozuntusunu xatırladıb. Lakin, o vaxt fransız futbolçunun hərəkəti baş hakimin gözündən yayınsa da, yan hakimin diqqətli olması Zidanın qırmızı kart alması ilə nəticələnmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: