Zidan və Ronaldo mübarizəyə başlayır
02 Yanvar 2010 Şənbə 17:20
Zidan və Ronaldo mübarizəyə başlayır. Onlar BMT-nin İnkişaf Proqramı çərçivəsində keçiriləcək matçda iştirak edəcək.
Dünyanın məşhur futbol ulduzları Zinəddin Zidan və Ronaldo 25 yanvar 2010-cu il tarixində Lissabonda yoxsulluğa qarşı mübarizə aksiyası çərivəsində keçiriləcək matçda iştirak edəcək. BMT-nin İnkişaf Proqramının (BMT İP) sülhməramlı səfirləri olan idmançılar “Benfika” futbol klubu ilə qüvvələrini sınayacaqlar.

Bu oyun BMT İP tərəfindən təşkil olunan yoxsulluğa qarşı matçlar sırasından yeddinci olacaq. Biletlərin satışından əldə olunacaq vəsait Asiya, Afrika və Latın Amerikasında yoxsulluqla mübarizə üzrə proqramın inkişafına ayrılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar