Zidan Mourinyoya yardım edəcək
29 Oktyabr 2010 Cümə 16:55
Əfsanəvi futbolçuya yeni vəzifə həvalə olunub.
İspaniyanın “Real” klubunun əfsanəvi futbolçularından olmuş fransalı Zinəddin Zidana yeni vəzifə həvalə edilib. Zidan bundan sonra “Real”ın baş məşqçisi Joze Mourinyonun futbolçularla münasibət qurmaq üzrə köməkçisi olacaq. “Real” (Madrid) klubunun baş direktoru Xorxe Valdanonun sözlərinə görə, Zidan Mourinyoya yardım etsə də, texniki heyətdə yer almayacaq. Onu da qeyd edək ki, Zidan əvvəllər də “Real”da çalışıb. O, klubun prezidenti Florentino Peresin şəxsi məsləhətçisi idi.

Xatırladaq ki, Zinəddin Zidan futbolçu karyerası ərzində “Real”ın heyətində 225 matçda meydana çıxaraq 49 qola imza atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar