Zidan hebs olundu
22 Noyabr 2013 Cümə 07:13
Misir yığmasının keçmiş futbolçusu Zidan saxta qebzden istifadede teqsirlendirilir.
Misir yığmasının keçmiş futbolçusu Mehemmed Zidan hebs olunub. ANS PRESS-in “Eurosport”a istinaden verdiyi xebere göre, saxta qebzden istifade eden futbolçu 6 illik hebs cezası alıb. 31 yaşlı hücumçuya qarşı mehkeme işi 2013-cü ilin evvelinde tikinti ve şehersalma ile meşğul ereb şirketi terefinden açılıb.

Zidan 2008 ve 2010-cu illerde Afrika xalqları Kubokunu qazanmaqda Misir millisine kömek edib. O, klub seviyyesinde meşhurluğunu “Verder”, “Hamburq” ve “Borussiya” kimi klublarda qazanıb. Futbolçunun sonuncu klubu “Bani Yas” olub.

Hebs olunmamışdan evvel Zidan “el Cezire Sport”da idman şerhçisi kimi çalışıb. Futbolçu karyerasını bitirmekle bağlı heç ne demeyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar