Zidan həbs edilə bilər
10 Avqust 2010 Çərşənbə Axşamı 16:30
Misir məhkəməsi "Borussiya"nın oyunçusu Zidan ilə bağlı qərarı ayın sonunda verəcək.
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Borussiya"nın misirli oyunçusu Məhəmməd Zidan həbs oluna bilər. Bu barədə futbolçu özü Almaniya mətbuatına açıqlama verib. Bir müddətdir ki, vətənində olan və klubun düşərgəsinə dönə bilməyən futbolçu hərbi xidmətdən yayındığı üçün həbs təhlükəsi ilə üzləşib. Misir qanunlarına görə, Zidan 30 yaşına qədər hərbi xidmətdə olmalıdır.
Lakin o, ailəsinə təkbaşına baxdığı üçün indiyə qədər xidməti borcunu yerinə yetirməyib. İndi Misir hökuməti 28 yaşlı forvardın əsgərliyə getməsini tələb edir.
Zidan bildirib ki, Misir məhkəməsi onunla bağlı qərarı bu ayın sonunda qəbul edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: