Zidan fransızların oyununu bəyənmədi
14 İyun 2010 Bazar Ertəsi 23:50
Zidan fransızların oyununu bəyənmədi. "Futbolçular eqoizmdən əl çəkib bir-birlərinə yardım etməlidir".
Fransız futbol əfsanəsi Zinəddin Zidan Dünya çempionatında mübarizə aparan Fransa millisini sərt şəkildə tənqid edib. “Canal+”a açıqlamasında Zidan Fransanın Uruqvayla oyunda komanda oyunu göstərmədiyini bildirib. 1998-ci ildə Fransanın çempionluğunda önəmli bir simalardan olan futbolçu Fransa komandasında olan hər bir futbolçunun özü üçün oynadığını bildirib. “Hamı öz bacarağı ilə hesabı dəyişməyə çalışırdı. Komanda oyunu deyilən bir şey yox idi Fransa heyətində”,-deyə futbolçu bildirib.

“Futbolçular eqoizmdən əl çəkib bir-birlərinə yardım etməlidirlər. Bütün oyunçular onlardan tələb olunan oyunu meydançada göstərməlidirlər”,-deyə əfsanəvi futbolçu bildirib.

Qeyd edək ki, “A” qrupunun ilk oyununda Uruqvayla qarşılaşan Fransa millisi görüşdən 0-0 hesablı bərabərliklə ayrılıb. Fransızlar növbəti dəfə iyunun 17-də Meksika yığması ilə qarşılaşacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar