Şahmatçımız İstanbulda keçirilən Qran-Pri turnirinin VII turunda gürcüstanlı Maia Çiburdanidze ilə qarşılaşıb
Türkiyənin İstanbul şəhərində qadın şahmatçılar arasında keçirilən FİDE Qran-Pri turnirində 7-ci turun görüşləri keçirilib. Yarışda Azərbaycanə təmsil edən Zeynəb Məmmədyarova bu turda Gürcüstan şahmatçısı Maia Çiburdanidze ilə qarşılaşıb. Görüş gürcü şahmatçının qələbəsi ilə başa çatıb. 7 turdan sonra aktivində 1.5 xalı olan Zeynəb Məmmədyarova 12 şahmatçı arasında 11-ci mövqedə qərarlaşıb. Yarışın lideri isə aktivində 6.5 xalı olan Çin şahmatçısı Hou Yifandır.
/ANS PRESS/