Zeynəb Cavadlı xatirə turnirinə qatılacaq
04 Dekabr 2009 Cümə 10:00
Zeynəb Cavadlı xatirə turnirinə qatılacaq. Yarış Rusiyanın Omsk şəhərində təşkil ediləcək.
Azərbaycan gimnastı Zeynəb Cavadlı Rusiyanın Omsk şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Yarışlar SSRİ-nin əməkdar məşqçisi Qalina Qorenkovanın xatirəsinə həsr olunacaq və sabah start götürəcək.
Turnirə Azərbaycan, Rusiya, Qazaxıstan, Estoniya, Özbəkistan və Belarusdan 100-ə yaxın gimnast qatılacaq.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar