Zestafoni baş məşqçisi: Ümidimizi itirməmişik
18 İyul 2012 Çərşənbə 12:15
Zestafoni baş məşqçisi Georgi Çiaberaşvili "Neftçi" ilə oyun haqqında danışıb.
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Nefçi" - "Zestafoni" qarşılaşmasından sonra qonaq komandanın baş məşqçisi fikirləri ilə bölüşüb. Georgi Çiaberaşvili yetirmələrinin qarşılaşmada zəif çıxış etdiklərini bildirib.
"Mən deməzdim ki, "Neftçi" güclü çıxış etdi, sadəcə biz zəif oynadıq. Bu gün "Zestafoni" səviyyəsindən aşağı çıxış etdi. Siz əsl gücümüzü görmədiniz. Komandam ən pis oyununu nümayiş etdirdi. Belə oynamamalıydıq. İnanıram ki, növbəti mərhələyə adlamaq şanslarımız hələ də qalmaqdadır. Ümidimizi itirməmişik", - deyə gürcü baş məşqçi bildirib.
Xatırladaq ki, "Neftçi" qarşılaşmada son iki mövsümün Gürcüstan çempionunu 3:0 hesabı ilə məğlub edib.
DOSTLARINLA PAYLAŞ: