“Zenit” “Liverpul”dan oyunçu alır
29 Dekabr 2009 Çərşənbə Axşamı 02:05
“Zenit” “Liverpul”dan oyunçu alır. İki klub arasında sövdələşmənin ümumi məbləti 2,2 milyon avroya yaxındır.
“Liverpul” futbol klubunun rəhbərliyi müdafiəçi Andrea Dossenanı Rusiyanın “Zenit” klubuna satmağa razılıq verib. Sövdələşmənin məbləği 2,2 milyon avroya yaxın ola bilər. Bu, Andrea Dossunanın ilyarım əvvəl İtaliyanın “Udineze” klubundan “Liverpul”a keçidinin məbləğindən 5 milyon avro azdır.

İtaliyalı müldafiəçinin satışı “Liverpul”a 25 yaşlı norveçli hücumçu Erik Huseklappı almaq üçün əlavə vəsait əldə etmək imkanı yaradır. Norveçli hücumçu hazırda ölkəsinin “Brann” klubunun şərəfini qoruyur.

28 yaşlı Andera Dossena “Udineze”dən transferindən sonra “Liverpul”un əsas heyətində möhkəmlənə bilməyib. İngiltərə çempionatının hazırkı mövsümündə o meydana cəmi iki dəfə çıxıb. KİV-də müdafiəçiyə İtaliyanın “Napoli” və “Yuventus”, eləcə də İspaniyanın “Atletiko” klublarının maraq göstərdiyi barədə məlumatlar da yayılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar